18 yanvar 2014 15:22
Berti Foqts: Abdullayev sadəcə parlaq idi
Millinin baş məşqçisi Berti Foqts TPL klublarının Antalya toplanışını izləyərkən iki futbolçunu qeyd edib. Azerisport.az xəbər verir ki, “Teryer” bunları söyləyib:
“Yığmanın oyunçuları yaxşı idi. “Neftçi”nin oyunda Mahir Şükürovun birinci hissədə fəaliyyətini qeyd edərdim. Araz Abdullayev isə sadəcə parlaq idi.
Böyük ehtimalla, mənə nəticə bir o qədər vacib deyil. Oyunçuların lazımı keyfiyyəti yığması əsasdır. Bu əsnada, bizim komandalarını rəqiblərinin səviyyəsi fərqlənir. Ancaq ümumilikdə, mən oyunçuların hazırlığına müsbət baxıram”.
