18 yanvar 2014 15:07
Gənclərbirliyinin baş məşqçisi: XL yaxşı təəssürat oyatdı
Türkiyənin “Gənclərbirliyi” komandasının baş məşqçisi Mehmet Özdilek azerisport.az saytına açıqlamasında “Xəzər Lənkəran”a qarşı keçirilmiş yoxlama oyunu haqda fikirlərini bölüşüb:
“Rəqib yaxşı təsir bağışladı. Görünür ki, pis komanda deyil. Ancaq bununla belə, yenidir. Mustafa Dənizliyə vaxt lazımdır və ümid edirəm ki, onlar daha yaxşı oynayacaqlar. Bizə gəlincə, yoxlama oyunlarında nəticə, xüsusi əhəmiyyət kəsb etmir”.
