Neftçi Fənərbaxça ilə sülh bağladı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın bu dəfəki rəqibi Türkiyə Superliqasının lideri "Fənərbaxça" idi.
Qarşılaşma Antalyadakı "Mardan" stadionunda keçirilib. Oyun qolsuz bərabərliklə sona çatıb.
Xatırladaq ki, Böyükağa Hacıyevin komandası Antalyadakı ilk sınaq matçında Albaniyanın "Partizani" klubuna 2:0 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
18 yanvar
Fənərbaxça - Neftçi - 0:0 (0:0)
Fənərbaxça: Volkan Demirel, Hasan Ali Kaldırım, Egemn Korkmaz, Brunu Alveş, Gökhan Gönül, Selcuk Şahin, Raul Meyreleş, Kristian Baroni, Dirk Küyt, Mussa Sou, Pyer Vebo.
Neftçi: Saşa Stamenkoviç, Mahir Şükürov, Elvin Yuniszadə, Karlos Kardoso, Denis Silva, Bruno Bertuççi, Erik Ramos, Rəşad Sadiqov, Flavinyu, Araz Abdullayev, Melvin Platye.
