17 yanvar 2014 12:26
Fənərbaxça Neftçi ilə oyun öncəsi Əli Gökdəmirin komandasını yendi
Almaniyanın "Hannover" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin formasını geydiyi bu komandanın rəqibi Türkiyənin "Fənərbaxça" klubu olub.
Qarşılaşma İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. Gökdəmir bu oyunun iştirakçısı olmayıb.
Qeyd edək ki, "Fənərbaxça" sabah növbəti sınaq matçında Azərbaycan çempionu "Neftçi" ilə qarşılaşacaq.
