17 yanvar 2014 11:34
"Yuri Syomin olmasaydı, indi Qəbələdə olmazdım"
"Qəbələ"nin yeni transferi, braziliyalı müdafiəçi Rafael Santosun azerisport.az saytına müsahibəsi
- "Konyaspor"la oyunda başla gözəl qol vurmağa nail oldunuz...
- Oyuna pis başlamamışdıq. İki ardıcıl qol vurduq. Amma təəssüf ki, bu üstünlüyümüzü sonadək qoruya bilmədik. Vurduğum qola gəlincə, hücumlara qoşulmağı sevirəm.
- Yeni komandanızda özünüzü necə hiss edirsiz?
- Gözlədiyimdən də yaxşı. Burada yaxşı kollektivlə qarşılaşdım. Məni dərhal özlərinki kimi qəbul etdilər. Hiss edirəm ki, uyğunlaşmaq üçün zamana ehtiyacım olmayacaq. Bu komandada çox rahatam.

- Deməli, hara yollandığınızı bilirdiz?
- Bir az məlumatım vardı. Amma yalnız eşitdiklərimdən. Azərbaycan barədə ümumiyyətlə heç nə bilmirəm. Demək olar ki, bu, mənim üçün ekzotika olacaq. Amma mən heç nədən qorxmuram. Özümü yeni ölkədə göstərməyə çalışacam.

- "Qəbələ"yə keçməyə necə razılaşdız?
- Bu keçiddə baş məşqçi Yuri Syomin amili böyük rol oynadı. Əgər o olmasaydı, indi mən burada olmazdım. O, tanınmış mütəxəssisdi. 100 faiz əmin idim ki, onun çalışdığı komanda pis ola bilməz. Ardından klub rəhbərliyi ilə görüşdüm, planları ilə tanış oldum. Komandanın hədəfləri mənim diqqətimi çəkdi. Həmişə iddialı klublarda oynamağı çox istəmişəm.

- Sizə hansı planlardan danışdılar ki?
- Səhv etmirəmsə, komanda çempionatda ikinci yerdə gedir. Hədəf avrokuboklara vəsiqə qazanmaqdı. Həmçinin çempion olmaq hədəfi də var. Komandaya yenicə gəlsəm də, Azərbaycan çempionu olmaq istərdim. Fikrimcə, bu mübarizədə komandama faydalı ola biləcəm.

- Bəs siz rəqibləriniz haqda nəsə bilirsiz?
- Bəli, "Qarabağ", "Neftçi" və "İnter" haqda müəyyən məlumatım var. Bu komandalarda yaxşı braziliyalı futbolçular var. Bizdə də həmyerlilərim pis təsir bağışlamırlar. Mövsümün sonunda hansımızın daha güclü olduğunu görəcəyik (gülür). Əsas bu toplanış zamanı yaxşı hazırlaşmaqdı. Fikrimcə, çempionatın bərpasına qədər tam hazır olacağıq.