17 yanvar 2014 20:20
Azərbaycanda Tiraspol və Şerif səviyyəsində on komanda var
Moldova “Tiraspol”unun yarımmüdafiəçisi Dan Pısle özünün Azərbaycan karyerası haqda xatırlayıb. Azeripsort.az xəbər verir ki, Pısle klub saytına bunları söyləyib:
“Mən ora baxışa getmişdim. Üç oyun keçirdim. Hər oyunda bir qol vurdum və mənə orada qalmağı təklif etdilər. Orada üç komandada oynamışam - “Standart”, “Muğan” və “Turan”.
Azərbaycan və Moldova çempionatlarını müqayisə edən futbolçu qeyd edib ki: “Azərbaycanda futbola investisiya yatırımı çoxdur. Bu səbəbdən oyun daha sərtdir. Harada pul var, orada da rəqabət doğulur. Orada “Tiraspol” və “Şerif” səviyyəsində komandalar çoxdur, haradasa on komanda”.
