Çumbinyo: Qarabağ rəqiblərinə hörməti itirmir
“Qarabağ”ın yarımmüdafiəçisi Çumbinyo azerisport.az saytına müsahibəsində komandasının Antalya toplanışından və öz idman formasından danışıb.
“Düşünürəm ki, tədricən hər şey yaxşı olacaq. Düzdür, mən gec gəlmişəm, axı baş məşqçi bizə iki əlavə gün məzuniyyət vermişdi”, deyə Çumbinyo sözə başlayıb.
- Digər oyunçularla birgə, komandanızın üçüncü dövrədə ilk oyununa onlar qədər hazır ola biləcəksiniz?
- Mən öz fiziki imkanlarımı bilirəm və baxmayaraq ki toplanışa gec qoşulmuşam, toplanışın sonuna qədər komanda oyundaşlarım kimi şəxsi səviyyəmə çatacağam.
- Yaxınlarda topla ilk məşq keçdi. Siz Reynaldo ilə birgə Rəşad Sadıqov və Tural İsgəndərova qarşı “voleyfut” oynadınız. Ürəyinizə yatdı?
- Belə məşqlər xoşuma gəlir. Çox şən idi.
- Ancaq üzdən belə deməzdin. Oyun çox ciddi idi.
- Bu, toparlandığımıza görə belə idi. Axı ciddi oynayanda, çox maraqlı olur.
- İki texnikalı braziliyalı iki azərbaycanlıya aşkar hesabla uduzdu. Gözləyirdiniz?
- Qələbəyə oynadığıma rəğmən, gözləmirdik. Ancaq rəqibdən geri qaldıq. Hər şeyin bizim üçün belə başa çatacağını güman etmirdim (gülümsəyir).
- Qış tətili ərzində yunan mətbuatı sizi tez-tez Yunanıstana yollayırdı...
- Buna təəccüblənmirəm. Axı belə məlumatları jurnalistlər yayır, onlar isə həmişə həqiqəti yazmır.
- Maraqlıdır ki, elə Yunanıstanda da sizin “Qarabağ”ı tərk edəcəyəiniz haqda xəbər sızmışdı ki, guya Bakı sizin həyat yoldaşınızın ürəyincə deyil.
- Bu barədə heç nə bilmirəm. Heç Yunanıstan mətbuatı ilə söhbət aparmamışam. Onlar bunu necə yaza bilər? Əgər həyat yolaşım Azərbaycan olmayıbsa, Bakı ona necə xoş gəlməyə bilər? Əgər o, Bakıda heç olmasa bircə ay da yaşasa idi, hər hansı nəticə çıxarmaq olardı.
- Bəs siz Bakıda xoşbəxtsiniz?
- Məncə, Azərbaycan sürətlə inkişaf edən ölkədir. Mənə elə gəlir ki, Bakı gələcəkdə daha da cəlbedici olacaq.
- “Küləklər şəhəri”ndə braziliyalı qarşısında hansı çətinliklər dayanır?
- Dil səddinə görə bizə hər yerdə çətin olur. Bütün problemlər bundan başlayır.
- Bəs Topaz Premyer Liqasına gəlincə? Onun xüsusiyyətlərini anlaya bilmisiniz?
- Mən hesab edirəm ki, çempionat da həmçinin, tərəqqi edir və ən güclülərdən olacaq. Azərbaycanda yaxşı futbolçular oynayır.
- Çempionluq uğrunda əsas rəqib qismində kimi görürsünüz?
- Rəqiblərimiz yaxşıdır. Ancaq mən öz komandam haqda danışmağı üstün tutardım. Bizim hər oyunda səviyyəsini yüksəltməyə çalışan komandamız var. Premyer Liqanın bütün təmsilçiləri ilə oynamaq bizə çətindir. Yalnız kimisə qeyd edə bilmrəm.
- “Qarabağ” çoxdan ÇL-in qrup mərhələsində oynamaq arzusundadır.
- Bütün oyunçular Çempionlar liqasında oynamağı arzu edir. Bizim bunun üçün həqiqətən də şanslarımız var. Bizim məşqçimiz həmişə bu şans haqda danışır. Buna görə biz səylə məşq edirik. Ancaq rəqiblərimizə hörməti itirmirik. Çempionatı birinci yerdə bitirməli və Avropada oynamalıyıq.
- Sizin sabiq klubunuz “Olimpiakos” ÇL-in dörddəbir final mərhələsində “Mançester Yunayted”ə qarşı oynayacaq.
- Düzünü deyim, gözləmirdim ki, onlar ümumiyyətlə qrupdan çıxa bilər. Ancaq bu, baş verdi.
