17 yanvar 2014 18:55
Xəzər Lənkəranın əvəzediciləri toplanışı davam etdirir
Rusiya Federasiyasının Krımsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran"ın əvəzedici komandası artıq iki yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandanın ilk rəqibi "Fakel" (Voronej) komandasının əvəzedici komandası olub.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. "Xəzər Lənkəran"ın heyətində Bəhruz Teymurov fərqlənib. İkinci oyun isə Rusiyada 2013-cü il Spartakiadasının qalibi olan Krasnodar diyarının gənclərdən ibarət yığmasına qarşı keçirilib. Bu oyun əvəzedicilərin 1:0 hesablı qələbəsi ilə nəticələnib, qolun müəllifi isə Cavid Bağırov olub.
Elbrus Məmmədovun yetirmələri növbəti oyunu sabah Krasnodarın "Kuban" komandasının əvəzedicilərinə qarşı keçirəcək.
(Klub saytı)
