17 yanvar 2014 17:25

Cihan Özkara: Başla oynamaq üçün Ronaldonu itələmək lazım gəlirdi

Millimizin hücumçusu Cihan Özkara Almaniya KİV-nə müsahibəsində 2013-cü ilin ən yaxşı futbolçusu haqdakı fikri barədə danışıb, Berti Foqtsun keyfiyyətlərini qiymətləndirib və Portuqaliyaya qarşı oyunu xatırlayıb. Azerisport.az Özkaranın müsahibəsinin diqqətinizə çatdırır.

- Bu yaxınlarda Kriştianu Ronaldu 2013-cü il üçün “Qızıl top”u aldı. Bildiyiniz kimi, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Portuqaliyalıya səs vermişdi. Yığmanın kapitanı Rəşad Sadıqov isə Frank Riberiyə. Siz kimi seçərdiniz?

- Ronaldu və Riberi iki fərqli oyunçudur. Ancaq bu dəfə Ronaldo bu ada daha layiq idi. Bu halda, mən Berti Foqtsla onun seçimində həmrəyəm.

- Nə vaxtasa, Foqts özü dünya futbolunun “ulduzu” olub. Bəs məşqçi kimi o, necədir?

- O nəinki yaxşı məşqçi, həm də gözəl insandır. Mən onunla bir komandada işləməkdən şad və qürurluyam. Buna görə də Azərbaycan yığmasında işləməyinə davam dəcəyini eşidəndə, sevindim.

- Milli komandada oynayarkən, Ronalduya qarşı durmaq müyəssər olub.

Təsmifat mərhələsində Portuqaliya yığmasına qarşı səfər oyununda mən bir qədər həyəcanlı idim. Axı onunla bir meydanda oynayırdım. Ancaq start fitindən sonra diqqətim oyunumuza cəmlənmişdi.

- Portuqaliyalıya qarşı şəxsən mübarizə aparmaq sizə nəsib olub?

- Özü də necə! Standart vəziyyətlər zamanı Ronaldunu “bağlamaq” tapşırığım vardı. Bu anlarda düzgün vəziyyət seçmək lazım idi. Başla oynamaq üçün Ronaldonu itələmək lazım gəlirdi. Belə itələşmə oyunun bir hissədir. Yoxsa onu dayandıra bilməzsən. Sən onun oyununu əzbər öyrənə bilərsən. Hər bir oyunçu onun nə edəcəyini bilir. Ancaq meydanda o, öz fəndlərini işə sala bilər və səndən elə qaçar ki, heç nə edə bilməzsən. Onda biz 0:3 məğlub olduq. Ancaq Ronaldu qol vura bilmədi. Bu tapşırıq yerinə yetirilmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.