17 yanvar 2014 15:53
XL sabah Gənclərbirliyi ilə qarşılaşacaq
"Xəzər Lənkəran" sabah Türkiyədə növbəti sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin rəqibi Türkiyənin "Gənclərbirliyi" klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, XL Antalyadakı ilk sınağında "Rizəspor"la qolsuz heç-heçəyə razılaşmışdı.
