17 yanvar 2014 14:39

Qəbələdə yeni təyinat

“Qəbələ” Futbol Akademiyasına yeni fizioterapevt təyin olunub. Azerisport.az xəbər verir ki, bu, hollandiyalı mütəxəssis Henk Şolinqdi. 

1964-cü il martın 5-də Hollandiyanın kiçik Anloo qəsəbəsində anadan olan 49 yaşlı mütəxəssis zəngin iş təcrübəsinə malikdi. 

Henk əmək fəaliyyətinə 1984-cü ildə Herenven şəhərinə təmsil edən və ölkənin birinci divizionunda mübarizə aparan “PEC-Zwolle” komandasında başlayıb. Gənc mütəxəssis klubun əsas və gənclərdən ibarət komandasında məşqçi kimi çalışmaqla futbol sahəsində ilk addımlarını atıb. Dörd il “PEC-Zwolle”də çalışan Henk Şolinq 1990-2000-ci illərdə Danimarka Premyer Lıqasında çıxış edən “Vitess” (Arnhem) klubunda fizioterapevt kimi çalışıb. Maraqlıdır, mütəxəssis 1993-cü ildə Danimarka Volleybol Federasiyasından təyinat alıb və ölkəsinin kişilərdən ibarət əsas komandasında da fizioterapevt kimi fəaliyyət göstərib. 2001-2003-cü illərdə mütəxəssis Arnhem şəhərində yerləşən Papendal Milli Tibbi İdman Mərkəzində (National Sports Medical Center Papendal) fizioterapevt kimi çalışıb. O, 2003-cü ildə Danimarka Premyer Liqasında çıxış edən “Utrecht” klubunun əsas komandasının fizioterapevti təyin edilib və bir il bu vəzifədə çalışıb. Yeni fizioterapevtimiz 2004-cü ildən bu günlərədək zədələrlə bağlı futbolun təhlili, zədələrin baş verməsi səbəbləri və onların profilaktikası, eləcə də fizioterapiya sahəsində təlimat və vəsaitlərin hazırlanması ilə də məşğul olub. 

Ümumilikdə, idmana və aktiv həyat tərzinə üstünlük verən Henk Şolinq qaçış, xizəkdə sürüşmə və başqa idman növlərinə maraq göstərir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.