17 yanvar 2014 14:16
Sumqayıt yığmamızın qapıçısı ilə müqavilə imzalayır
"Sumqayıt" futbol üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçi heyətinə qatıb. Azerisport.az xəbər verir ki, bu gün onunla 1.5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Popoviç əvvəllər də "Sumqayıt"da çıxış edib. O, mövsümün ilk dövrəsini isə Türkiyənin "Tavşanlı Linyitspor" klubunda keçirib.
