17 yanvar 2014 01:33
Qarabağ bütün hazırlıq rəqiblərini tanıdı
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın hazırlıq çərçivəsində 4 hazırlıq maçına çıxacağına xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq Ağdam klubunun bütün rəqibləri müəyyənləşib.
Yanvarın 19-da Ruminiyanın "Dinamo" (Buxarest) klubuyla qarşılaşacaq Qurban Qurbanovun komandası 3 gün sonra Albaniyanın "Flamutari" komandasıyla üz-üzə gələcək. Yanvarın 23-də Qazaxıstan "Spartak"ıyla qarşılaşacaq komanda sonuncu görüşdə yanvarın 25-də Ukrayna "Volın"ı ilə münasibətlərini ayırd edəcək. Yanvarın 26-da isə "Qarabağ" Azərbaycana qayıdacaq.
