17 yanvar 2014 13:37
Qarabağ Dinamo ilə gündüz oynayacaq
"Qarabağ"ın Buxarest "Dinamo"su ilə yoxlama matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Rumıniya təmsilçisi ilə yanvarın 19-da qarşılaşacaq.
Görüş saat 11:30-da start götürəcək.
Qeyd edək ki, bu, Qurban Qurbanovun yetirmələrinin Türkiyədəki ilk sınaq matçı olacaq.
