16 yanvar 2014 13:10
Qarabağ Volınla qarşılaşacaq
"Qarabağ"ın Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukraynanın "Volın" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma yanvarın 25-də Antalyada keçiriləcək.
Qeyd edək ki, ağdamlılar bundan əlavə yanvarın 19-da Buxarest "Dinamo"su (Rumıniya), ayın 23-də isə Qazaxıstan "Spartak"ı ilə qarşılaşacaq.
