16 yanvar 2014 19:44
Qəbələ Konyaspora uduzdu (YENİLƏNİB)
Yanvarın 6-dan Antalyada qış təlim-məşq toplanışına start verən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisi qardaş ölkə təmsilçisi "Konyaspor"la qüvvəsini sınayıb.
Qeyd edək ki, Yuri Syominin komandası bundan öncə Qazaxıstanın "Tobol" klubunu məğlub etmiş (2:1), Türkiyənin "Maltəpəspor" klubu ilə sülh (1:1) bağlamışdı.
Yoxlama oyunu
16 yanvar
Qəbələ - Konyaspor - 2:4 (2:2)
Qollar: Santos, 8 (1:0), Kamanan, 31 (2:0)
Qəbələ (start heyəti): David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, Rafael Santos, İbrahima Niasse, Nizami Hacıyev, Dodo, Nuran Qurbanov, Viktor Mendi, Yannik Kamanan, Daniel Subotiç.
