16 yanvar 2014 18:41
Simurq Almaniya klubuna qalib gəldi (YENİLƏNİB)
Zaqatalanın "Simurq" klubu Türkiyədəki qış təlim-məşq toplanışı çərçivəsində bu gün Antalyada ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi ilk oyununda Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Felbert" klubu ilə qarşılaşıb.
Oyun Zaqatala klubunun qələbəsi ilə başa çatıb.
Yoldaşlıq oyunu
16 yanvar
Simurq - Felbert - 1:0 (1:0)
Qol: Çeran, 39 (1:0)
Simurq: Pavel Kapsa, Tural Axundov, İlkin Qırtımov, Dilavə Zrnanoviç, İdan Vaytsman, Stepan Polyak, Tagim Novruzov, Patrik Osiako, Nicat Qurbanov, Draqan Çeran, Rəşad Əyyubov.
Birinci hissədə Kapsa penaltini dəf edib.
