16 yanvar 2014 11:08
B kateqoriyalı məşqçi kursu keçiriləcək
Fevralın 3-dən 7-dək, 17-dən 21-dək və martın 10-dan 14-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "C" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər. Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək.
