16 yanvar 2014 11:18

Slavço Georgiyevski: İnter avrokuboklara vəsiqə qazanmağa borcludu

"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevskinin azerisport.az saytına müsahibəsi 

- Toplanış necə keçir?
- Yaxşı. Məşqlərlə oyunları sıralayırıq. Artıq ikinci sınaq matçımız da arxada qaldı.
 

- İlk oyunda Hollandiyanın həvəskar komandasına 8 cavabsız qol vurdunuz, amma Almaniyanın 3-cü liqa klubuna 0:3 hesabıyla uduzdunuz...

- Yoxlama oyunları da elə bunun üçün lazımdı. İndi tam yüklənmə ilə oynayırıq. İlk oyunlar bizim üçün o qədər də önəmli deyildi. Son sınaq matçlarında daha diqqətli olmağa çalışacağıq. Bu nəticələrə fikir verməyin. 

- "İnter" iki mərkəz müdafiəçisini baxışdan keçirsə də, 3 top buraxdı...

- Mən məşqçi deyiləm və onlar haqda nəsə deyə bilmərəm. Səhv hər kəsdə, həmişə olur. Ümid edirəm ki, bundan sonra səhvlərimizin sayı az olacaq. 

- Sizə elə gəlmir ki, "İnter" müdafiə xəttini yox, hücumu gücləndirsə, daha yaxşı olar?
- Əgər müdafiəçi dəvət edirlərsə, deməli, bu xəttin də güclənməsinə ehtiyac var. Bizim hücumçular az qol vurmayıb. Amma əgər ehtiyac varsa, yenə alınar.
 

- "Bankirlər" "Qarabağ", "Qəbələ" və "Neftçi" ilə mübarizə apara biləcək?
- Bəli. Biz avrokuboklara vəsiqə qazanmağa borcluyuq. Buna ya Premyer Liqa, ya da kubok vasitəsilə nail olmalıyıq.
 

- İlk üçlükdən kimi əvəzləyə bilərsiz?
- Konkret ad çəkə bilmərəm. Amma kim daha çox səhv edəcəksə, o da ilk üçlükdən kənarda qalacaq. Biz isə buna nail olmaq üçün daha çox xal toplamalıyıq.
 

- Mövsümə çox uğursuz başlamağınızı nəzərə alsaq, ilk üçlükdə yer almağı "İnter" üçün ideal nəticə saymaq olar?
- Tam əminliklə deyə bilərəm ki, hə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.