16 yanvar 2014 21:11
Abdulla Avcı Güvənc Kurtarla görüşdü
“Rəvan” Antalya toplanışlarını davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu gün komandanı Türkiyə yığmasının sabiq məşqçisi Abdulla Avcı ziyarət edib.
Avcı “Rəvan”ın hazırkı baş məşqçisi Güvənc Kurtarın dostudur və mütəxəssislər söhbətdən sonra xatirə şəkli çəkdiriblər.
