16 yanvar 2014 20:44
Vaqif Sadıqov: Fərid Quliyevin transferi haqda sual açıqdır
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında Fərid Quliyevin onun komandasına mümkün keçidi haqda fikrini bildirib:
“Onun transferi haqda sual açıqdır. O, özünü göstərməli və yalnız bundan sonra bu haqda nə isə demək olar. Konkret heç bir razılıq yoxdur. Fərid Türkiyədən zəng etmişdi. Dedi ki, bizdə oynamaq istəyir. Mən hamıya şans verirəm. Ancaq mən ilk növbədə onun özünü necə göstərməsini görməliyəm”.
Sadıqov həmçinin, qeyd edib ki, baxışdan keçirdiyi oyunçular ürəyincə olmayıb: “Hər iki oyunun gedişində 6-7 legioner və həmçinin, bəzi yerli oyunçuları baxışdan keçirmişik. Ancaq, təəssüf ki, onlarda heç biri ümidləri doğrultmadı”.
