16 yanvar 2014 15:48
AZAL 1-ci divizion klublarından birinə qalib gəldi, digərinə uduzdu
AZAL iki yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəqibləri 1-ci divizion klubları olub.
"Şuşa" ilə görüşdə Vaqif Sadıqovun komandası 3:0 hesablı qələbəyə sevinib. "Qaradağ Lökbatan"la qarşılaşma isə AZAL-ın məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, yanvarın 18-də AZAL daha iki oyun keçirəcək. Həmin gün də "təyyarəçilər" öncə "Şahdağ"la, ardından isə "Sumqayıt"la üz-üzə gələcək.
