16 yanvar 2014 14:49
Millimiz FİFA reytinqində yerində saydı
FİFA milli komandaların 2014-cü il üçün ilk reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ilin son reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.
Millimiz 363 xalla 94-cü pillədə qərarlaşıb.
Növbəti reytinq cədvəli fevralın 13-də açıqlanacaq.
