16 yanvar 2014 14:38
Foqts "İnter"in almanlara məğlubiyyətindən danışdı
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts ötən gün Türkiyənin Antalya şəhərində baş tutan "İnter"lə Almaniyanın 3-cü liqa klubu "Holşteyn Kil" arasındakı yoxlama matçını izləyib. Azerisport.az xəbər verir ki, o, bu görüşdə az qala bütün həmyerliləri ilə görüşüb.
Qarşılaşma barədə isə almaniyalı mütəxəssis bunları söyləyib: "İnter" birinci hissədə optimal heyətlə oynamırdı. Digər tərəfdən Almaniya klubuna qarşı oynamaq heç də asan deyil".
