16 yanvar 2014 01:11
Rail Məlikov: Bir aydan sonra qayıtmağı planlaşdırıram
“Qəbələ”nin müdafiəçisi Rail Məlikov azerisport.az saytına açıqlamasında özünün meydana qayıtma müddəti haqda danışıb:
“Artıq dörd aydır ki, futboldan kənardayam. Bir aydan sonra qayıtmağı planlaşdırıram. Ayağımla hər şey qaydasındadır. Sadəcə, həkimlər tələsməməyi məsləhət görür. Bütün fiziki təmrinləri komanda ilə birgə yerinə yetirirəm. Bəzən topa da toxunuram. İki həftədən sonra ümumi qrupa qoşulacağam”.
