16 yanvar 2014 00:35
Sadiqov: Süleymanov futbolçularla yumşaq idi, Hacıyev isə cilovu əldən vermir
“Neftçi”nin kapitanı Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində Türkiyə toplanışı çərçivəsində ilk qələbədən, “Fenerbahçe”yə qarşı keçiriləcək oyundan, Böyükağa Hacıyevin komandanın baş məşqçi vəzifəsinə dönüşündən danışıb.
- “Neftçi” toplanışa yaxşı başlayaraq ilk yoxlama oyununda Albaniyanın “Partizani” komandasını 2:0 hesabı ilə məğlub etdi. Siz bizinci hissədə oynadınız. Komandanın və ayrılıqda öz oyununuzu necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, başlanğıc üçün bu, yaxşı nəticədir. Çox vəziyyətlər yaratdıq, iki qol vurduq və qələbə qazandıq. Fasilədə heyət 90 faiz dəyişdi. Toplanışı yenicə başladığımızı nəzərə alsaq, Komanda pis oynamadı. Oyunumu qənaətbəxş hesab edirəm.

- Bəzi anlarda hiss olunurdu ki, komanda ağır oynayır.
- Biz ayın 6-sı toplanıb Antalyaya üç gün əvvəl gəlmişik. Böyük fiziki yükləmələr alırıq. Topla çox işləyirik. Qarşıda hələ dörd oyun var ki, bundan sonra biz münasib forma yığacağıq.

- Qarşıda “Neftçi”ni “Fenerbahçe” ilə çətin oyun gözləyir. Oyunqabağı həyəcan yoxdur ki?
- Xeyr, bizim belə məşhur klublarla görüş təcrübəmiz var.”İnter”lə oynamışıq. “Partizan”, “Rubin” olub. Hesab edirəm ki, belə məşhur kluba qarşı oynamaq bizim üçün şərəfdir. Bunu anlayaraq, “Partizani” ilə oyunda biz qələbə qazanmağa çalışdıq. “Fenerbahçe” ilə oyuna qalib ruhunu saxlamaq lazımdır.
- Ötən yay “Xəzər Lənkəran” “Fenerbahçe” ilə qarşılaşdı və böyük hesabla məğlub oldu (0:4). “Neftçi”nin bu taleyi yaşayacağından ehtiyat etmirsiniz ki?
- Müvəffəqiyyətsizlik olmayacaq. Biz yoldaşlıq oyunu olsa da, hazır olacağıq. Oyunun statusu bizi arxayın etməyəcək. Əksinə, oyunun böyük stadionda çoxsaylı tamaşıçı qarşısında keçməsi, çox yaxşıdır. Bu amil “Neftçi”yə işləyir.

- Siz, yəqin, diqqət etdiniz ki, oyunu millinin baş məşqçisi Berti Foqts ziyarət edib.
- Bəli, onu tribunada gördüm. Onun gəlişi klubun gənc oyunçuları üçün yaxşı əsasdır. Həm də yalnız onlar üçün deyil. Foqts tribunada olanda yığma oyunçularına oynamaq xoşdur.

- Bu, millinin heyətinə qayıtmaq üçün yaxşı imkandır...
- Deyəsən, son dəfə Lüksemburqla oyunda oynamışam. Sonra zədə aldım. Əlbəttə, mən yığmaya qayıtmaq istəyirəm və öz şansımı gözləyirəm.
- “Neftçi”nin kapitanının Böyükağa Hacıyevin komandanın baş məşqçisi vəzifəsinə qayıtması haqda fikri necədir?
- İlk növbədə, o, qələbə ruhunu qaytardı. Hacıyevin qayıdışı komandada intizamı gücləndirməyə kömək edəcək.

- Doğrudanmı Nazim Süleymanovun vaxtında intizam başqa səviyyədə idi?
- Əlbəttə, intizam zəif deyildi. Ancaq Süleymanov futbolçulara yumşaq davranırdı. Hacıyevlə isə hər şey fərqlidir. O, bilir ki, futbolçuların cilovunu əldən vermək olmaz.

- Onun yeni transferlər haqda fikri necə?
- Sanki, “Neftçi”də kifayət qədər futbolçu yoxdur.

- Mövsümün məqsədləri dəyişməyib?
- Biz çempionluq və ölkə Kuboku uğrunda mübarizə aparırıq. Qələbələrdən necə usanmaq olar? Bu mövsüm də qələbə qazanmaq istəyirik. Sonra isə avrokuboklara hazırlaşacağıq. Məqsədlər də əvvəlkidir. ÇL ya AL-in qrup mərhələsinə düşmək.

- Sirr deyilsə, ÇL-in startında Albaniya klubu “Şkenderbeu”dan alınmış acı məğlubiyyəti unutmamısınız?
- Düzünü deyim, unutmamışam. Ancaq bu, futboldur, burada hər şey olur.