Viktor Pasulko: Hesab edirəm ki, Foqts Azərbaycan yığmasında lap kök salıb
“Xəzər Lənkəran” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu yerli “Rizəspor” klubuna qarşı keçirib. Oyunu bir çox futbol mütəxəssisləri, o cümlədən, millimizin baş məşqçisi Berti Foqts və cənubluların sabiq, Qazaxıstanın “Ordabası” komandasının hazırkı baş məşqçisi Viktor Pasulko izləyib. Pasulko azerisport.az saytına müsahibəsində komandanın hazırkı heyəti haqqında fikrini bildirməklə yanaşı, keçmişi xatırlayıb və Berti Foqtsun millimizdəki işini qeyd edib.
- Azərbaycan klubunu oyununda sizi salamlamağa şadıq. Oyun xoşunuza gəldi?
- Xoşuma gəlir. Təəssüf ki, mənim vaxtımda Lənkəran klubunda belə futbolçular yox idi.
- Keçmiş komandanızı izləyirsiniz?
- Əlbəttə, mən işlərdən xəbərdaram. Sabiq klubumun “Ordabası”nın olduğu yerdə toplanışda olduğunu biləndə, öz gözlərimlə “Xəzər Lənkəran”ın özündən nə ifadə etdiyini görmək qərarına gəldim. Mənim vaxtımda oynayan, indi isə məşqçilik edən Emin Quliyevlə görüşdən şad oldum.
- O, Dənizli, Toşak, Bakeslə işləyərək xeyli təcrübə əldə edib…
- Həm də Redniklə. Axı dedim ki, komandanın işlərindən xəbərdaram (gülür). Eminə gəlincə, məncə, ona bu mütəxəssislərlə işləmək faydalıdır. Onların hər birinin futbola öz baxışı var. O, çox şey öyrənəcək. Ancaq komandanın özünə bu, fayda gətirmir. Məşqçiyə ən azı iki-üç il vaxt vermək lazımdır ki, o, özünü bir yerdə göstərə bilsin. Hər üç-dörd ayda məşqçi dəyişirsənsə, hansı nəticə ola bilər?
- Axı siz də müqavilənin onuna qədər işləmədiniz?
- Mənim başıma başqa hadisə gəldi. İndi düşünürəm ki, mən özümü ram etməli və nəticə çıxarmaqda tələsməməliyəm. Bu sualı Mais Mənsimovla həll edə bilərdim.
- “Xəzər Lənkəran”dan heç kimi “Ordabası” üçün gözaltı etməmisiniz?
- Niyə də yox? “Ordabası” keçən il Qazaxıstan çempionatında beşinci oldu. Yeni mövsümdə isə daha yaxşı çıxış etməyin əleyhinə deyil. Biz heyəti gücləndirmək istəyirik.
- Bilirsiniz ki, bu vaxta qədər heç bir azərbaycanlı futbolçu Qazaxıstan çempionatında oynamayıb?
- Niyə də bu ənənəni dəyişməyək? Deyəsən, Azərbaycanda da Qazaxıstanda futbolçu oynamayıb.
- Oyunda millinin baş məşqçisi Berti Fopqts da vardı. Kənardan onun işi necə görünür?
- Mən hesab edirəm ki, Foqts Azərbaycan yığmasında lap kök salıb.
- Niyə?
- Özünüz mühakimə edin. Bu qədər müddətdir ki, komandada işləyir, xüsusi uğurlara nail olmayıb. Bəli, hər təsnifat mərhələsindən komandanızın nəticələri yaxşılaşır. Ancaq inanın, buna sizin yerli məşqçilər də nail ola bilərdi. Elə Qurban Qurbanov. Əgər belədirsə, niyə bu vəziyyətdə Foqtsa böyük pullar verilir? Digər tərəfdən, o, Azərbaycandan başqa kimsəyə lazım deyil.
- Buna rəğmən, yğmanın oyunçuları alman mütəxəssisin yığmada qalmasının lehinə idi.
- Bu, təsnifatın sonunda olmuşdu. Məgər əvvəllər Foqtsun futbolçularla problemi olmayıb? Mən “Cavadov məsələsi”ni yaxşı xatırlayıram. Foqts Azərbaycandan başqa heç kimə gərək deyil. Bəli və AFFA onu buraxa bilməzdi. Axı bu halda böyük dəbbə haqqı ödənməli idi (əslində, AFFA və Foqts arasında müqavilə başa çatmışdı və tərəflər razılaşma müddətini uzatdılar - red.). İstənilən halda, mən sizin məşqçilərin tərəfdarıyam. Yerli məşqçilərin rəhbərliyi altında isə sizin futbolçular daha da yaxşı tərəqqi edə bilər və yaxşı nəticələrə nail ola bilərlər.
