15 yanvar 2014 23:11

Müşfiq Teymurov: Əsas hədəfim, milli komandanın heyətinə cəlb olunmaqdı

"Arxada qoyduğumuz il mənim üçün həyatımın ən uğurlu ili oldu. Əsas komandada debüt etdim, bir çox vacib oyunlarda meydanda yer aldım. Necə deyərlər, həyatımın 21-ci ili yeniliklərlə, maraqlı hadisələrlə zəngin oldu".

Azerisport.az xəbər verir ki, bu sözləri yanvarın 15-də "Qəbələ"nin Antalya düşərgəsində ad gününü - 21 yaşını qeyd edən Müşfiq Teymurov deyib. "Qırmızı-qaralar"ın bugünkü səhər məşqində baş məşqçi Yuri Syomin və komanda yoldaşlarının təbriklərini qəbul edən gənc müdafiəçi gabalafc.az-a açıqlamasında futbolla bağlı arzularından və hədəflərindən danışıb. O, başlıca məqsədinin milli komandanın heyətində yer almaq olduğunu söyləyib:

"Gəncəm, deyərdim ki, peşəkar futbol həyatımda hər şey yeni başlayır. Arzularım çoxdur. Ən əsası, yaxşı və stabil oyun göstərib komandamın heyətində möhkəmlənməliyəm. Artıq illərdir ki, "Qəbələ"dəyəm. Bütün futbol həyatım "Qəbələ" ilə bağlıdır. Bu komanda mənə çox doğmadır. İstərdim ki, karyeramı da "Qəbələ"də bitirim. Əsas hədəfim, milli komandanın heyətinə cəlb olunmaqdır. Amma bunun üçün çox çalışmalıyam, özümü sübut etməliyəm. İnanıram ki, bu missiyanın öhdəsindən gələcəyəm".

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.