Böyükağa Hacıyev: Foqts qələbələr qazandıqca, mən onu dəstəkləyəcəyəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının bu gün Antalya toplanışı çərçivəsində Albaniyanın “Partizani” komandası üzərində qələbəsindən (2:0), millinin baş məşqçisi Berti Foqtsla görüşündən, həmçinin, Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının (U-19) və Moskva “Lokomotiv”inin hücumçusu Samir Məsimovun transferindən danışıb.
“Biz dörd gündür ki, toplanışdayıq və hər gün iki dəfə məşq edirik. Düşünürəm ki, istədiyimizə nail oluruq. Hazırda, biz 40-45 faiz hazırıq”, deyə mütəxəssis sözə başlayıb.
- Albanlara qarşı oyun xoşunuza gəldi?
- Oyun, üzərində işləməli olduğumuz zəif cəhətlərimizi göstərdi. İndi “Fenerbahçe” ilə oyunu gözləyirik.
- Ötən yay “Xəzər Lənkəran” İstanbul nəhəngi ilə qarşılaşdı və böyük hesabla məğlub oldu. Bu taleyi yaşamaqdan qorxmursunuz?
- Bilirəm ki, yayda digər klubumuz “Fenerbahçe” ilə üzləşib və müvəffəqiyyətsizliyə uğrayıb (0:4). Ancaq, narahat olmayın. Xəcalət çəkməmək üçün mümkün hər şeyi edəcəyəm.
- Bu gün “Neftçi”nin heyətində meydana yeni oyunçu - Samir Məsimov çıxdı.
- Bəli, biz Məsimovu aldıq. Gördüyünüz kimi, o, ilk oyununda qol vurdu. Yaxşı, perspektivli futbolçudur. Növbəti mövsümdən TPL klubları arasında limit dəyişdiriləcək və o, bizə çox lazım olacaq.
- Yeni transferlər olacaq?
- Yox, komandaya transferlər gərək deyil. Mən belə hesab edirəm. İşləməyə oyunçularımız var.
- Bu gün komandanızın oyununda matçın gedişində söhbətləşdiyiniz, millinin baş məşqçisi Berti Foqts iştirak edirdi.
- Biz onunla qardaş kimiyik. Ancaq bu, mənim rəhbərliyim altında yığmanın daha yaxşı nəticəyə nail ola biləcəyi fikrimi dəyişmir. Ancaq Foqts qələbələr qazandıqca, mən onu dəstəkləyəcəyəm. Tənqid etməyəcəyəm. Əks halda, dediyimi israr edəcəyəm.
