15 yanvar 2014 22:11
Neftçi Lokomotivin hücumçusunu sıralarına qatdı
“Neftçi” Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının (U-19) və Moskva “Lokomotiv”inin hücumçusu Samir Məsimovu sıralarına qatıb. Azerisprot.az xəbər verir ki, hücumçu dörd gündür ki, “flaqman”ın heyətindədir.
Məsimov komandasının Antalya toplanışı çərçivəsində Albaniyanın “Partizani” komandasına qarşı yoxlama oyununda (2:0) meydana çıxıb komandasının ikinci qolunu vurub.
Futbolçu ilə müqavilə müddəti hələlik açıqlanmayıb.
