15 yanvar 2014 18:22

Aleksey Spirin: Bəhramov dedi ki, qol olub-olmamağının əhəmiyyəti yoxdur, əsas - kraliçanın əlini öpməkdi

Artıq iki gündür ki, azərbaycanlı hakimlər Türkiyədə toplanış keçir və ötənlərin məşhur hakimi, UEFA kuratoru Aleksey Spirinin seminarlarında iştirak edirlər. Azerisport.az saytına müsahibəsində Spirin seminar, yeni hakimlər və Tofiq Bəhramovun DÇ-66-nın finalındakı qərarı haqda danışıb.

- İki gündür ki, azərbaycanlı hakimlərlə seminar keçirsiniz. Onların fikrinə ideyalarınızı çatdırmaq nə dərəcədə asan və ya çətindir?
- Seminar keçirmək barədə Xəqani Məmmədov və Ramin Musayevin dəvətinə məmnuniyyətlə cavab verdim. Bu haqda hələ keçən ilin yayında danışmışdıq. Oxşar seminarımdan artıq yeddi il ötüb. Bu illər ərzində Azərbaycanda yeni hakimlər nəsli yetişib. Azərbaycana həmişə hörmətlə yanaşmışam. Axı vaxtı ilə dünyaca məşhur Tofiq Bəhramovla işləmişəm. Eldar Əzimzadə, Rüstəm Rəhimov, Rafiq Quliyevi yaxşı tanıyırdım. Hkimləriniz həmişə qeyri-standart iş keyfiyyəti ilə seçilib və zənnimcə, Sovet İttifaqının süqutundan sonra, bu keyfiyyətləri itiriblər. Təlimatçı işi ilə 28 ildir ki, məşğulam. Daha əvvəl isə müəllimliklə məşğul olmuşam. Dinləyicilərimə həmişə hakimliyin incəliklərini çatdırmağa çalışıram.

- Siz hakimlərin yeni nəslini qeyd etdiniz. Onların arasında tədricən məşhurlaşan biri də var.
- Əliyar Ağayev haqda gənclər arasında ÇL-in ÇSKA - “Bavariya” görüşündə eşitmişəm. Oyunu görməmişdim, başqa oyunda idim. Dünən Ağayev “Sürix” - “Duysburq” görüşünü yaxşı idarə etdi. Öhdəsindən gəldi və köməkçiləri də yaxşı idi. Çox işləməlidi. Karyera üçün gənc hakimlərə etibar etmək lazım gəldiyini hesab edirəm. Etiraf edim ki, seminarda gənc hakimlərin çoxluğu və yaxşı ab-hava məni sevindirir. Dinləyicilər məni ruhlandırdı. Gənclərin daha çox bilmək, öyrənmək istədiyini duyuram. Mənim məqsədim, UEFA-nın dəqiq təlimatlarını onlara çatdırmaqdır. Təəssüf ki, bütün toplanış müddətində burada ola bilməyəcəyəm.

- Belə bir fikir var ki, hakimlərin təyinatı zamanı onların təmsil etdiyi ölkə az əhəmiyyət kəsb etmir. Bu mənada ölkə çempionatının reytinqi nə dərəcədə əhəmiyyətlidir?
- Bir neçə il qabaq UEFA “İstedadlar və məşqçilər” proqramını həyata keçirməyə başladı. Bu, futbol uğurlarında geri qalmış ölkələrdən yeni hakimləri tapmağa yönəlmiş proqram idi. Bu gün Azərbaycan bu proqrama öz namizədliyini irəli sürə bilər. Məsələn, Damir Somina kimi hakimi olan Sloveniya bunu edib. Makedoniyanı da qeyd edərdim.

- Bir neçə il qabaq Rusiya və Ukraynada hakimlər komitəsinə rəhbərliyi İtaliya təmsilçiləri Roberto Rozetti və Pyerluici Kollinaya etibar etmək qərarına gəldilər. Sizcə, bu, hakimliyin səviyyəsinə nə dərəcədə təsir etdi?
- Bu təyinatların öz məqsədləri vardı. Bütün Sovet İttifaqı təmsilçilərinin ab-havasını yeniləmək lazım idi. Əvvəllər hesab edirdilər ki, keçmiş futbolçular hakim ola bilər. İndi başqa nəzəriyyədir. Əgər futbolçu 30 yaşa qədər oynayıb hakimliyi seçirsə, o qədər də itirib. Sıfırdan öyrənmək lazımdır. Onda heç nəyi əldən verməzsən.

- Sizcə, bizim hakimlərin əsas çatışmazlığı nədədir?
- Təfəkkürdə. Bu, yalnız azərbaycanlı hakimlərin çatışmazlığı deyil. Keçmiş Sovet İttifaqının bütün nümayələrində bu, var. Bizim hakimlərimiz sanki sıxılır, sərt qərarlar verə bilmir. Öz mövqeyini göstərmirlər. Xarici görünüşü də unutmaq olmaz. İtaliyan və almanalara baxırsan, idman görkəmi var. Atletlər kimi, futbolçulara bənzəyirlər.

- Bəs bu keyfiyyətlə necə “mübarizə aparmaq” olar?
- AFFA tərəfindən inamı hiss etməlidirlər ki, inkişafa əsasları olsun.

- Dünən seminar zamanı siz “Qəbələ”nin baş məşqçisi Yuri Syomini qeyd etdiniz. Yaxınlarda saytımıza müsahibəsində o, “Neftçi”yə qarşı oyunda komandasına vurulmuş qolun hesaba alınmasında hakim qərarının düzgünlüyünə təəccübünü bildirib.
-Bilmirəm niyə Syomin təəccüblənib. Ancaq “Neftçi”nin “Qəbələ”nin qapısına vurduğu qol “təmiz” idi. Palıç, yeri gəlmişkən, Azərbaycanda hakimliyə normal münasibət bəsləyir.

- Sizcə, hakimlərin işini DÇ və ya AÇ səviyyəsində hakimliyə qaldırmaq üçün, neçə il lazımdır?
- Birincisi, hakimin karyerasının əvvəlində səhvlər nə qədər çox olarsa, bir o qədər gələcəyinə xeyirdir. O, etibar və nüfuz qazanmalıdır. İkincisi, Rusiya Premyer-liqasına düşmək üçün 5-7 il lazımdır. Dha beş il DÇ-yə düşmək üçün gərəkdir. Ona görə də kim daha tez başlayırsa, yaxşılar sırasına da tez düşür. Məsələn, 33 yaşımda beynəlxalq dərəcəli hakim adını almaqla, bu kateqoriyada ən gənc hakim idim. İndi isə bunu 25 yaşında əldə etmək olar.

- Siz qeyd etdiniz ki, Bəhramovla işləmisiniz. Əbədi mübahisə haqda soruşmaya bilmərik: DÇ-66-ın finalında İngiltərə millisinin Almaniya millisinin qapısına vurduğu qolu hesaba alarkən, Bəhramovun qərarı düzgün idi?
- 1991-ci ildə məni “Uembli”yə həmin tarixi görüşün 25 illiyinə həsr edilmiş İngiltərə və Almaniya milliləri arasında oyunu mühakimə etməyə dəvət etmişdilər. Oyun ərəfəsində həm almanlar, həm də ingilislər bu anın videosunu nümayiş etdirdilər. Əlbəttə, tərəflərin öz həqiqəti var və bu haqda mühakimə yürütmək çətindir. MƏn yalnız bir şeyi deyə bilərəm: Bəhramov bu anda xətt üzərində deyildi və qərarı intuitiv qəbul etmişdi. Bilirsiniz mən bu haqda Bəhramovdan soruşanda o özü nə demişdi? O demişdi ki, qol olub-olmamağının əhəmiyyəti yoxdur, əsas - kraliçanın əlini öpməkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.