15 yanvar 2014 17:22

Ansi Aqolli: Özümü əsl Qarabağlı hiss edirəm

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli klubun saytına hazırlığı barədə danışıb və çempionatı dəyərləndirib:

“Hazırlıq gözlədiyimiz kimi keçir. Heç bir problemimiz yoxdur. Ancaq başımızı aşağı salıb məşqlərimizi edirik. Artıq get-gedə fiziki yükləmələr artır. Bunu da normal qəbul edirik. Nə qədər yaxşı hazırlaşsaq, faydasını görəcəyik. Nəzərə almaq lazımdır ki, çempionatın ikinci yarısı daha ağır olacaq. Həm kubok oyunları var, premyer-liqa matçları isə daha sıx qrafiklə olacaq. Bu halda, hər kəs hazır olmalıdır. Bunu bütün komanda yaxşı başa düşür. Hər məşqdən öncə baş məşqçimiz bizimlə söhbət edib yaxşı hazırlaşmağın vacibliyini vurğulayır. Hə, hazırda liderik. Amma bu mövsüm demək olar ki, hamı bir-birindən xal alır. Biz də liderliyi son turda geri qaytardıq. Ona görə də hər şeyə hazır olmalıyıq. Daha az xal itirən komanda sonda sevinəcək. Təbii ki, sonda sevinənin “Qarabağ” olmasını istəyirəm. Bunun üçün ciddi hazırlaşırıq. Biz meydana hər zaman 3 xal üçün çıxırıq. Fəlsəfəmiz daim qələbə qazanmaqdır. Uğursuzluqlardan məyus olmaq deyil, nəticə çıxarıb qabağa baxmağa alışmışıq. Artıq üç ildən çoxdur burdayam və özümü bu ruha sahib əsl “Qarabağ”lı hiss edirəm”.

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.