Ruslan Abışov bu qış Rubini tərk edə bilər
“Biznes Onlayn” nəşri bu qış “Rubin”i tərk edə biləcək yeddi futbolçu haqda material hazırlayıb. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ruslan Abışovun adı da bu materialda hallanıb:
“Azərbaycan millisinin futbolçusunun Kazanda peyda olması, futbolçunun Vətənində “Rubin”ə marağın artması ilə nəticələnib. Yaxınlarda isə onun adı ətrafında az qala beynəlxalq qalmaqal baş verəcəkdi. Erməni məşqçi Vardan Minasyanın komandaya baş məşqçi təyin olunması ehtimalı ilə söz-söhbət yaranmışdı. İl ərzində Tatarıstanın paytaxtında Abışov keçirdiyi oyunların sayından çox müsahibə verib. Cinah müdafiəçisi öz iş yerində meydanda az görünsə də, əsasən dayaq yarımmüdafiəçisi kimi istifadə olunub və bir dəfə də olsun komandanın oyun mənzərəsinə xələl gətirməyib. Ancaq bu mövqe uğrunda digər futbolçularla rəqabətdə daha güclü olduğunu da göstərə bilməyib. Əlbəttə, vaxtı ilə Abışovun “Rubin”ə üçün öz müqaviləsini “Xəzər” klubundan alması rəğbət doğurur. Ancaq bu amil, legionerlər sırasında olan futbolçunun skamya kənarında saxlamağa əsas deyil”.
