15 yanvar 2014 13:22
Neftçi Türkiyədə diqqət mərkəzinə düşdü
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədə diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, “TRT-Haber” kanalının jurnalistləri klubun məskunlaşdığı oteldə olublar.
Onlar yanvarın 18-də “Fənərbaxça” ilə Antalyanın “Mardan” stadionunda keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində komandamız haqqında reportaj hazırlayıb və baş məşqçi Böyükağa Hacıyevdən müsahibə götürüblər.
