15 yanvar 2014 13:00
Millimizin müdafiəçisi sıradan çıxdı
Millimizin və “İnter”in müdafiəçisi Vladimir Levin komandasının heyətində son məşqi başa vura bilməyib. Azerisport.az xəbər verir ki, o, qasıq nahiyəsində ağrılar hiss edib və məşqi yarımçıq saxlayaraq meydanı tərk etmək məcburiyyətində qalıb.
Futbolçunun bərpa müddəti haqda hələlik heç bir məlumat yoxdur.
