14 yanvar 2014 13:00
UEFA kuratoru azərbaycanlı hakimlər üçün seminar keçir
UEFA kuratoru Aleksey Spirin Antalyada azərbaycanlı hakimlər üçün seminar keçir. Azerisport.az xəbər verir ki, Spirin seminarda hakimliyin əsas problemlərindən danışır.
O, video-təkrarın əleyhinə olduğunu bildirib. Spirin hər bir hakimin oyunu düzgün oxuya bilmək bacarığını və rəhbərlik etdiyi briqada ilə mütəşəkkil fəaliyyətini hakimin əsas keyfiyyəti olduğunu qeyd edib.
