Foqts Ronaldunu, Sadıqov Riberini seçdi
2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermədə iştirak etmiş millimizin baş məşqçi Berti Foqts və kapitanı Rəşad Sadıqovun bu yöndə fikirləri ictimaiyyətə açıqlanıb. Azerisport.az xəbər verir ki, Foqtsun Kriştianu Ronaldunu (Portuqaliya yığması, “Real” (Madrid), İspaniya) seçəcəyi artıq əvvəlcədən məlum idi.
Alman mütəxəssis ikinciliyi Filipp Lama (Almaniya yığması, “Bavariya” (Münhen), Almaniya), üçüncülüyü isə Mariuş Levandovskiyə (Polşa yığması, “Borussiya” (Dortmund), Almaniya) verib.
Kapitanımız Sadıqov isə Riberi (Fransa yığması, “Bavariya”), Kriştianu Ronaldu və Zlatan İbrahimoviç (İsveç yığması, PSJ, Fransa) ardıcıllığını müəyyən edib.
Xatırladaq ki, nüfuzlu mükafatın qalibi adını Kriştianu Ronaldu qazanıb.
