14 yanvar 2014 20:55
Xəzər Lənkəran Rizəspor ilə sülh bağladı (YENİLƏNİB)
Bu gün “Xəzər Lənkəran” Antalya toplanışı çərçivəsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Mustafa Dənizlinin komandası Türkiyə Super Liqasında çıxış edən “Rizəspor”la qarşılaşıb.
Türkiyəli mütəxəssis həmyerliləri və sabiq klubu ilə oyuna aşağıdakı start heyətini buraxıb: Orxan Sadıqlı, Adrian Skarlatake, Alvaro Silva, Rasim Ramaldanov, Tural Cəlilov, Deyvid Sakkoni, Vanderson Skarduelli, Rahid Əmirquliyev, Elnur Abdullayev, Ağabala Ramazanov, Etame Mbilla.
Qarşılaşma isə sülhlə bitib.
Yoxlama oyunu
14 yanvar
Rizəspor - Xəzər Lənkəran - 0:0
