14 yanvar 2014 00:13
İnter toplanışı davam etdirir
İnter Türkiyədə təlim-məşq toplanışına davam edir. Azerisport.az xəbər verir ki, yanvarın 11-də Hollandiya klubu NWC (Asten) ilə oyundan sonra yetirmələrinə bir günlük istirahət vermiş "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze bu gün komandasını yenidən iki dəfə meydana çıxardı.
Səhər məşqi isinmə hərəkətləri ilə başladı və müxtəlif fiziki hərəkətləri özündə birləşdirə edən məşğələlərlə davam etdi.
Axşam məşqindəsə futbolçular taktiki tapşırıqlar üzərində çalışdılar. Məşq komandanın ikitərəfli oyun keçirməsi ilə başa çatdı.
Xatırladaq ki, komanda növbəti yoxlama matçını yanvarın 15-də keçirəcək. "İnter"in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil" komandası olacaq.
(Klub saytı)
