14 yanvar 2014 23:22
Rəvan Antalyada ilk məşqə çıxdı
Qış hazırlıq planının ikinci mərhələsinə start verən "Rəvan”ın artıq Antalyada olduğunu xəbər vermişdik. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komanda artıq Türkiyədə ilk məşqinə də çıxıb.
Qardaş ölkədəki ilk hazırlıq axşam məşqi olub. Əsasən yüngül çalışmalarla kifayətlənən futbolçular müxtəlif təmrinlər yerinə yetirib. "Aslanlar" sabahdan gücləndirilmiş qrafiklə hazırlığı davam etdirəcək.
