14 yanvar 2014 19:00
Rəvan artıq Antalyadadı
"Rəvan” qış hazırlıq planının ikinci mərhələsinə başlayıb. Azerisport.az xəbər verir ki, hazırlıq çərçivəsində komanda Türkiyənin Antalya şəhərinə gəlib.
Yanvarın 14-də səhər saatlarında Bakıdan ayrılan "aslanlar” yerli vaxtla 12:00-da Antalyaya çatıb. Nahar yeməyindən sonra istirahətə buraxılan futbolçular axşam məşqində yenidən bir araya gələcək. (klub saytı)
