14 yanvar 2014 19:44
Xəzər Lənkəranın yeni transferi toplanışda iştirak etmir
"Xəzər Lənkəran"ın yeni qapıçısı Vyekoslav Tomiç komandanın Antalya toplanışına qoşulmayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı qapıçı yeni klubu ilə müqavilə imzaladıqdan sonra vətəninə qayıdıb.
Onun yaxın günlərdə yenidən "ağ-yaşıllar"ın düşərgəsinə dönməsi gözlənilir.
