14 yanvar 2014 18:00

Nikolas Gelaşvili: Qalan iki dövrədə daha 10 qol vurmaq istərdim

"Qarabağ"ın hücumçusu Nikolas Gelaşvilinin azerisport.az saytına müsahibəsi 

- Məşqləriniz çox ağırdı?
- Deməzdim. Bütövlükdə, yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Bizim öz hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün yaxşı hazırlaşmağımız vacibdi.
 

- Mövsümün qalan hissəsinə Premyer Liqanın lideri kimi hazırlaşmaq necədi?
- Çox xoşdu. Amma çempion olmağımız daha yaxşı olardı.
 

- Qarşıda 4 yoxlama oyunu var. Bu, sizin üçün nə deməkdi?
- Bütün komanda üzvləri kimi, mənim üçün də bu oyunlar vacib əhəmiyyət daşıyır. Biz komandadakı anlaşma səviyyəsini daha da yaxşılaşdırmalıyıq.
 

- Bəs qol vurmaq?
- Yoldaşlıq oyunlarında nə qədər çox qol vursam, bir o qədər yaxşıdı. Bütövlükdə isə mənim vuracağım qollar yox, komandamızın qələbə qazanması daha vacibdi.
 

- Mövsümün ilk yarısındakı çıxışınızı necə qiymətləndirə bilərsiz?
- Daha yaxşı oynaya, daha bir neçə qol vura bilərdim. Bilirəm ki, bu, mənim pik nöqtəm deyil.
 

- "Qarabağ"dan mövsümün ikinci yarısında nə gözləyək?
- Ölkə çempionatında qələbə. Düzdü, "Qəbələ", "Neftçi", "Bakı" və "İnter" kimi güclü rəqiblərimiz var. Amma bu, bizim çempionluğu növbəti mövsümə təxirə salmağımıza səbəb ola bilməz.
 

- Hansı klubları daha ciddi rəqib sayırsız?
- Düzünü deyim ki, kimisə xüsusi vurğulamaq çətindi. Hər biri ilə oyun həlledici ola bilər.
 

- Mövsümün qalan dövründə nə qədər qol vurmaq istəyirsiz?
- Nə qədər çox olsa, yaxşıdı. Amma ən azı 10 qol vurmaq istərdim. Fikrimcə, bu 10 qol çempion olmağımızda mühüm rol oynaya bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.