14 yanvar 2014 17:33
İnterdən növbəti qələbə
Məlumat verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, komanda bu gün toplanış çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
"Şəfa" stadionunda baş tutan oyunda "Sumqayıt" klubunun əvəzediciləri ilə üz-üzə gələn "İnter" rəqibini 4:2 hesabı ilə məğlub edib. Komandanın heyətində Elnur Süleymanov iki qola imza atıb, Bilal Qənbərovla Amil Atakişiyev isə hərəyə bir qol vurub.Qeyd edək ki, toplanış çərçivəsində baş tutacaq növbəti oyunda Rüstəm Əliyevin yetirmələri "Qarabağ"ın əvəzedici heyəti ilə qarşılaşacaq.
