14 yanvar 2014 15:33
Bakı da hazırlıqdan qalmır
“Bakı”nın İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı səhər saatlarında keçirilən məşqlə davam edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında Marbelya futbol mərkəzinin meydançasında təşkil olunmuş məşq saat yarım davam edib.
Məşqdə Əfran İsmayılov və Namiq Ələsgərov iştirak etməyib. Vadim Abdullayev isə komandadan ayrı çalışıb.
“Bakı” hazırlıqlara bu axşam 21:00-da keçiriləcək məşqlə davam edəcək.
Komanda hazırlıq prosesi çərçivəsində yanvarın 15-i 21:30-da “Balonpedika Linense” klubu ilə yoxlama oyunu keçirəcək.
(Klub saytı)
