14 yanvar 2014 15:22

Qarabağ Antalyada təlim məşq-toplanışını davam etdirir

“Qarabağ” Antalyada təlim məşq-toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın cari günündə tək çalışma olub.

“Qarabağ” ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da yollanıb. Məşq 1 saat 40 dəqiqə davam edib. Öncə yüngül qaçış, ardınca isə komanda üç qrupda “kvadrat” oynayıb. Ardınca isə fiziki hazırlıq üzərində qurulmuş təmrinlər yerinə yetirilib. Məşqinin sonuncu bölümündə isə toplu çalışmalar baş tutub. Dar ərazidə futbol oynadıqdan sonra 10 dəqiqəlik qaçışla məşq başa çatıb.

Qeyd edək ki, məşqdə Rəşad Sadıqov və Jumbinyo fizioterapevt nəzarətində çalışıb . Digər braziliyalı Reynaldo da komandadan ayrı məşq etdi. Ancaq Reynaldonun zədə ilə bağlı problemi yoxdur. Baş məşqçi Qurban Qurbanovun icazəsi ilə ölkəsindən iki gün gec dönən forvard sabahdan kollektiv çalışmalarda iştirak edəcək.

Sabaha “Qarabağ”ın iki məşqi nəzərdə tutulub.

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.