14 yanvar 2014 15:15
Afolabi Qəbələyə qoşulacaq
Nigeriyalı hücumçu Abdulvahid Afolabi sabah axşam topanışda olan komandası “Qəbələ”yə qoşulacaq. Azerisport.az xəbər verir ki, viza ilə problemlər yaşayan və komanda ilə birgə Türkiyə yollana bilməyən futbolçu Bakıda sənədlərinin rəsmiləşdirilməsini gözləyirdi.
Artıq bu məsələ klub tərəfindən həll edilib və futbolçu sabah axşam saatlarında komandaya qatılacaq.
