14 yanvar 2014 14:44
Fərid Quliyev türk klubuna keçməyəcək
Millimizin sabiq hücumçusu Fərid Quliyev Türkiyə Birinci Divizion komandası ilə danışıqlarda razılığa gələ bilməyib. Azerisport.az xəbər verir ki, “Mersin İdman Yurdu” ilə danışıqlar uğursuz nəticələnib.
Futbolçumuz baxışda olsa da, keçid haqda razılıq əldə olunmayıb. Quliyev hətta komandanın yoxlama oyununa da çıxmayıb. Çox güman ki, futbolçumuz Vətənə dönəcək.
