14 yanvar 2014 13:55
Aleksey Spirin: UEFA azərbaycanlı hakimlərlə maraqlanır
UEFA kuratoru Aleksey Spirin bildirib ki, qitə futbol qurumunun azərbaycanlı hakimlərə marağı var. Azerisport.az müxbirinə açıqlamasında Spirin bunları söyləyib:
“UEFA azərbaycanlı hakimlərlə maraqlanır. Ancaq hazırda hər şey hakimlərin özünü necə göstərəcəyindən asılıdır. Mən “Qəbələ”nin baş məşqçisi Yuri Syominlə ünsiyyətdə olmuşam. O, dedi ki, oyunların idarəçiliyi xoşuna gəlir”.
