14 yanvar 2014 13:44

Ruslan Abışov: Böyükağa Hacıyevin sözlərini yumorla qarşıladım

Millimizin və “Rubin”in yarımmüdafiəçisi Ruslan Abışov Türkiyə toplanışının ilk günləri haqda təəssüratlarını bölüşməklə yanaşı, FIFA-nın “Qızıl top”u təqdimetmə mərasimində Kriştianu Ronalduya azarkeşlik etdiyini də etiraf edib. Azerisport.az az Abışovun klubun rəsmi saytına müsahibəsini diqqətinizə çatdırır.

- Ruslan, kifayət qədər uzun məzuniyyətdən sonra qarşıda üçgünlük iş var. Hansı hissləri keçirirsiniz?
- Məzuniyyət ərəfəsində fiziki hazırlıq üzrə hazırda sabiq məşqçi Raul Rianço hər bir oyunçuya fərdi proqram üzrə təmrinlər yazdı. Mən bunu ciddi şəkildə yerinə yetirdim. Buna əlavə olaraq, digər azərbaycanlı futbolçularla mütəmadi futbol oynayırdım. Bu, bizim ənənəmizdir. Toplanışın ilk üç günündə topla oyuna üstünlük verildi. Düşünürəm ki, böyük fiziki yükləmələr hələ qarşıdadır. Tibbi müayinədən sonra yükləmələrin həcmi artacaq. Orada kimin nə qədər hazır olmağı da aydınlaşacaq. Şəxsən mən özümü əla hiss edirəm.

- Quraban Berdıyevlə Rinat Bilyaletdinovun məşqləri arasında fərqi artıq hiss etmisiniz?
- Rinat Bilyaletdinovun məşqləri çox maraqlıdır. Ancaq məşqçilərin məşqləri arasındakı fərqdən haradasa bir həftə sonra fikir yürütmək olar. Üç günə bunu müəyyən etmək çətindir, bu haqda düşünməmişik. Ancaq heç bir şebhə yoxdur ki, bütün iş, mövsümün ikinci yarısına yaxşı hazırlıq üçün yönəlib.

- Qurban Berdıyevin vaxtında klubda az oyun təcrübəsi əldə edirdin. Ancaq Vətəndə sizdən daha çox şey gözləyirlər. Yeni məşqçiyə yeni ümidlər bağlayırsınız?
- Məşqçinin ən vacib keyfiyyəti hər bir oyunçuya eyni ilə yanaşmaqdır. Yəni, oyunçuların adına, vətəndaşlığına fikir verməmək. Hazırda kim daha yaxşı hazırdırsa, o da oynamalıdır. Məncə yeni baş məşqçimizdə bu keyfiyyət var. Düşünürəm ki, o, hamıya şans verəcək. Əlbəttə, komandamızın hər bir futbolçusu kimi, mən də əsas heyətdə oynamaq istəyirəm. Mən bunu Qurban Berdıyevin də vaxtında demişəm: əgər məşqçi şans verirsə, bundan mütləq yararlanmaq lazımdır.

- Siz məşqçi qərargahından kimsə haqda nə isə bilirdiniz?
- Vladimir Maminovun adı “Lokomotiv”in oyunçusu kimi mənə yaxşı tanışdır. Baxmayaraq ki, onda mən Rusiya futbolunu elə də diqqətlə izləmirdim. Demək istəyirəm ki, bütün komandanın olduğu kimi, məşqçi qərargahının da hazırda məsuliyyətli dövrüdür. Bizə Rusiya çempionatının yarış cədvəlinə yüksəlmək lazımdır. Buna görə də iş çoxdur. Azarkeşlər bizdən nəticə tələb edir və mən inanıram ki, biz onları məyus etməyəcəyik. Yeni baş məşqçi komandanı Premyer-liqada daha yüksək yerə qaldıracaq.

- Ancaq əvvəlcə sizin Avropa Liqasında İspaniya “Betis”inə qarşı oyununuz var. Rəqib haqda nə deyə bilərsiniz və yarışa davam etmək şanslarınız necədir?
- Əlbəttə, “Betis” çətin rəqibdir. İspaniya çempionatında hazırda aşağı yerdə qərarlaşmasına rəğmən, adlı-sanlı komandadır. Ancaq bu, ispan komandasıdır və ispan futbolunu qiymətləndirməmək olmaz.

- Hazırlığa bir ay vaxt bəsdir?
- Bəli. Düşünürəm ki, hazırlaşmaq və yaxşı formanı yığmaq üçün vaxt kifayət qədərdir. Məşqlər və yoldaşlıq oyunları bu yöndə kömək edəcək.

- “Rubin”in baş məşqçisi vəzifəsinə namizədlər arasında Vardan Minasyanın adı hallanarkən, “Neftçi” prezidentinin müşaviri Böyükağa Hacıyevin azərbaycanlı futbolçunun erməni məşqçi ilə eyni komandada yer almasının mümkünsüzlüyünə dair sözlərinə hansı münasibəti göstərdiniz?
- Buna yumorla yanaşdım. Futbolu siyasətə qatanda, bunu sevmirəm. Mən peşəkaram və buna görə də məşqçinin milliyyəti, komanda yoldaşlarım olduğu kimi, mənim üçün heç bir əhəmiyyət kəsb etmir.

- “Qızıl top”un təqdimat mərasimi haqda soruşmamaq olmaz. Kimə azarkeşlik edirdiniz?
- Əlbəttə, Kriştianu Ronalduya. Mən “Real”ın pərəstişkarıyam, “Barselona”nın yox. Kriştianu bu mükafata layiq idi. Mənim üçün ikinci namizəd Frank Riberi idi. Lionel Messi isə üçüncü pillədə idi.

(“Rubin”in saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.